Adı Azərbaycan millisi ilə yanaşı hallanan baş məşqçiylə 2+1 illik sözləşmə

4 İyun 2024 08:30 Hadisə 1 507
Adı Azərbaycan millisi ilə yanaşı hallanan baş məşqçiylə 2+1 illik sözləşmə

Azərbaycan millisinin iyunun 11-də yoxlama oyunu keçirəcəyi Qazaxıstan millisinə yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi vəzifəsi rusiyalı mütəxəssis Stanislav Çerçesova həvalə olunub. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Daha əvvəl Qazaxıstan Futbol Federasiyasının Çerçesova 2+1 illik müqavilə təklif edildiyi bildirilirdi. 60 yaşlı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstan "Ferensvaroş"u idi.

Stanislav Çerçesovun adı Azərbaycan millisi ilə də hallanırdı.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”