Polşa televiziyası AVRO-2020 ölkələrinin bayraqlarını səhv saldı - FOTO

21 İyun 2021 10:00 Hadisə 955
Polşa televiziyası AVRO-2020 ölkələrinin bayraqlarını səhv saldı - FOTO

Polşanın “TVP Sport” telekanalının əməkdaşları ciddi səhvə yol veriblər.

Sportinfo.az xəbər verir ki, kanalın efirində AVRO-2020-nin bugünki oyun proqramı açıqlanarkən yığma komandaların dövlət bayraqları yalnış əks olunub.

Sonradan məlum olub ki, kanal əməkdaşları dünən qarşılaşan millilərin dövlət bayraqlarını efir maketində dəyişməyi unudublar.

Məhz bu səbəbdən Ukrayna millisi Rusiya bayrağı ilə nişanlanıb. Həmçinin İngiltərə, Xorvatiya, Avstriya, Niderland və Şimali Makedoniyanın da dövlət bayraqları yalnış nümayiş edilib.

Digər Xəbərlər
Xəbər Lenti