“Mahir Emreli komandanın başına ən böyük bəla idi, çox qazanırdı”

3 Avqust 2024 01:50 Hadisə 2 201
“Mahir Emreli komandanın başına ən böyük bəla idi, çox qazanırdı”

illimizin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”suyla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Sportinfo.az “Index.hr”ya istinadla xəbər verir ki, Emrelinin klubdan ayrılışını Xorvatiya mediası “Dinamo”nun böyük bəladan qurtuluşu kimi qiymətləndirib:

“Dinamo” ən bahalı oyunçularının birindən qurtuldu. Bu keçid dönəmində “Dinamo”nun yeni rəhbərliyi komandanı gücləndirmək üçün çalışır, eyni zamanda klubla uzunmüddətli müqavilələri olan və güvənilməyən futbolçulardan da yaxa qurtarmaq istəyir. Həmin oyunçulardan biri və komandanın başına ən böyük bəla olan şəxs müqaviləsinə xitam verilən Mahir Emrelidi”.

“Dinamo” isə “feysbuk”da qısa açıqlama verərək azərbaycanlı oyunçu ilə belə vidalaşıb:

“Hörmətli Mahir, hər şeyə görə təşəkkür edir, futbol və həyat yolunun davamında uğurlar arzulayırıq!”

Xorvatiyalılar Mahiri həmçinin soyunub-geyinmə otağında ən çox maaş alan oyunçulardan biri kimi qələmə verib:

“Emreli “Dinamo”ya 2022-ci ilin fevralında “Legiya”dan azad agent kimi gəlib. O, mövsümdə 750 min avro maaşla dördillik müqavilə imzalayıb və bu, onu paltardəyişmə otağında ən çox qazanan adamlardan biri edib. O, “Dinamo”nun heyətində 47 oyun keçirib, 10 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun müqaviləsinin bitməsinə 1 il qalmışdı. Lakin klubla anlaşaraq müqaviləni ləğv etdi və oynamaq üçün yeni mühit axtarır. Bundan sonra karyerasını harda davam etdirəcəyi hələlik məlum olmasa da, 2-ci bundesliqanın bəzi klublarının onunla maraqlandığı bildirilir”.

Digər Xəbərlər
Xəbər Lenti