Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ

23 Aprel 2021 17:50 Hadisə 1 021
Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ

“Toy və yas mərasimləri ilə bağlı qanunların qəbul olunması tez-tez gündəmə gəlir”.

Sportinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Bunun “Mədəniyyət haqqında” qanunla tənzimlənə biləcəyini qeyd edən deputat bildirib ki, yas mərasimlərində daim ciddi israfçılıq olub:

“Pandemiya bitəndən sonra bu, yenə davam edəcək. Pandemiya bitməmiş biz bu məsələləri tənzimləməliyik. Heç kim ehsan yarışına girməsin.

Pandemiyadan əvvəl istər toy, istərsə də yas mərasimlərində sona qədər oturmaq olmurdu. Bu sahəyə nizam-intizam gətirməyin zamanıdır. İndi yaxşı fürsət yaranır ki, biz bunu edək”.

Deputat havaların isinməyə başladığını qeyd edərək, açıq havada toylara icazə verilməsini təklif edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi