Azərbaycanla sülhün olmadığını deyən separatçı “işdən” qovuldu

20 Aprel 2021 11:30 Hadisə 435
Azərbaycanla sülhün olmadığını deyən separatçı “işdən” qovuldu

Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin “Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin “rəis müavini” Boris Avakyan işdən çıxarılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb Avakyanın aprelin 19-da Yerevanda mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər olub. Bildirilir ki, Boris Avakyan bu fikirləri ilə vəzifə səlahiyyətlərini aşıb:

“Avakyanın səsləndirdiyi iddiaların və fikirlərin əksəriyətini bölüşmürük. Üstəlik onun dediklərinin də bir hissəsi reallığa uyğun gəlmir. Uyğunsuz xidmət davranışı və vəzifəsindən sui-istifadə nəzərə alınaraq Avakyan tutduğu vəzifədən azad edilib”.

Avakyan mətbuat konfransı zamanı deyib:

“Azərbaycanla sülh olmayıb və yoxdur. 25 ildir bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətimizin bir hissəsi onlarla sülh olduğunu zənn edirlər və düşünürlər məsələ artıq həllini tapıb.

Ancaq bu gün sülh yoxdur. Qarşımızda danışıqların aparıldığı düşmən dövlət var. Hərbi əməliyyatların olmaması sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi hələ imzalanmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!