“Məşqdən əvvəl futbolçularla vidalaşdı, müqaviləsi ləğv olundu”

16 Avqust 2024 04:50 Hadisə 1 666
“Məşqdən əvvəl futbolçularla vidalaşdı, müqaviləsi ləğv olundu”

"Ludoqorets"inbaş məşqçisi Georgi Dermenciyev istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, klub rəhbərliyi "Qarabağ"a ağır məğlubiyyətdən istefa verən məşqçinin bu ərizəsini qəbul edib.

"Georgi Dermenciyev dünən məşqdən əvvəl futbolçularla vidalaşıb. Bu gün isə onun müqaviləsi rəsmən ləğv olunub" - deyə məlumatda bildirilib.

Komandaya müvəqqəti olaraq "Ludoqorets 2"nin baş məşqçisi Zaxari Sirakov rəhbərlik edəcək.

Razqrad təmsilçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda "Qarabağ"a qalib gəlsə də (2:1), evdəki cavab görüşündə 2:7 hesabı ilə uduzaraq həmin yarışda mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!