Keçmiş xanımı tanınmış futbolçunu öldürtmək istədi, həbs olundu

16 Avqust 2024 04:30 Hadisə 970
Keçmiş xanımı tanınmış futbolçunu öldürtmək istədi, həbs olundu

Türkiyə Millisinin sabiq futbolçusu Emre Aşığın keçmiş həyat yoldaşı Yağmur Sarnıç həbs olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Milliyyet” nəşri məlumat yayıb.

O, cinayətkara kömək etmək şübhəsi ilə saxlanılıb.

Futbolçu ilə keçmiş xanımının evliliyi 2021-ci ildə qalmaqallı şəkildə bitib.

Yağmurun övladlarının qəyyumluğunu almaq üçün hər yola əl atdığı məlum olub.

Hətta iş o yerə gəlib ki, keçmiş ərini öldürtmək üçün sevgilisi vasitəsilə kirayə qatil tutub.

Bütün bu faktlar Düzce rayonunda keçirilən əməliyyatlardan sonra üzə çıxıb.

Yağmur Sarnıç Bakırköy Qadın Həbsxanasına göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!