Azərbaycanda keçirilən qeyri-adi toydan VİDEO

25 Fevral 2025 07:20 Hadisə 1 723
Azərbaycanda keçirilən qeyri-adi toydan VİDEO

Beyləqan rayonunda qeyri-adi toy baş tutub.

Əzimovlar ailəsində keçirilən bu toy Azərbaycan tarixinin və qədim adət-ənənələrinin daşıyıcısı olan tərəkəmə tayfasına məxsus şəkildə reallaşıb.

Belə ki, toyda gənclər yapıncı (qədim çoban geyimi) geyinərək atlarla bəy-gəlinin avtomobil karvanını müşayiət ediblər.

Bu da rayon əhalisi tərəfindən maraqla qarşılanıb və təqdirəlayiq hesab edilib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM