Avropa ulduzlarını Bakıda görməyəcəyik? - 3 ssenari

1 Dekabr 2020 17:20 Gündəm 794
Avropa ulduzlarını Bakıda görməyəcəyik? - 3 ssenari

UEFA Avropa çempionatının formatı ilə bağlı son qərarını martda verəcək.

Sportinfo.az xəbər verir ki, bunu TASS-a açıqlamasında qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin bildirib.

Sorokin deyib ki, UEFA AVRO-2020 üçün üç ssenarini nəzərdən keçirəcək. Onun sözlərinə görə, yarışın əvvəlcədən planlaşdırıldığı kimi, normal formatda keçirilməsi ehtimalı da mövcuddur.

Hazırda bir sıra Avropa ölkəsində koronavirus pandemiyası ilə əlaqədar azarkeş sayında məhdudiyyətlər var.

Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR