Maradona ilə bağlı AFFA-ya müraciət - 1 dəqiqəlik sükut edin

28 Noyabr 2020 10:40 Gündəm 454
Maradona ilə bağlı AFFA-ya müraciət - 1 dəqiqəlik sükut edin

FİFA özünün bütün 211 assosiasiyasına əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın bəyanatında deyilir.

"Futbol dünyası Dieqo Armando Maradonanın ölümünə ağlayır, buna görə FIFA bu gün 211 assosiasiyaya, yarışların təşkilatçılarına qarşıdakı istirahət günlərində hər matçda sükut dəqiqəsi ilə anmaqla bağlı müraciət etdi", - federasiyanın bəyanatında deyilir.

Noyabrın 25-də 60 yaşlı sabiq futbolçunun ürək tutmasından öldüyü məlum olub. Cərrahi əməliyyatdan sonra bərpa dövrü keçən Maradona Buenos-Ayres yaxınlığındakı Tiqr şəhərindəki evində vəfat edib. Onun vəfatı ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti