Bu gün AFFA-nın növbəti hesabat-seçki konfransı keçirilir.
Konfransda yalnız federasiyanın yeni prezidenti və İcraiyyə Komitəsi seçilməyəcək.
Həmçinin qarşıdakı 4 ildə baş katib vəzifəsini kimin tutacağı rəsmiləşəcək.
Sərxan Hacıyev bu postda qalmayacaq. İki il öncə Elxan Məmmədovu əvəzləmiş keçmiş müavini Rövşən Nəcəfin planlarında yer almayıb.
SOCAR-ın prezidenti bəzi digər vəzifələrlə yanaşı, katiblik məsələsində də islahat aparmağı qətiləşdirib. Amma bu hələ o demək deyil ki, S.Hacıyev AFFA-dan uzaqlaşacaq.
Namizədliyi Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən irəli sürülən hazırkı baş katib İcraiyyə Komitəsinin yeni tərkibində yer alacaq.
Hacıyev federasiyanın gündəlik həyatında yaxından iştirak edəcək. Onunla əlaqəli 2 ehtimal səsləndirilir.
Bəzi məlumatlara görə, sözügelən şəxs yeni yönətimdə vitse-prezident olaraq fəaliyyətini davam etdirəcək.
Digər xəbərlərə görə, o, AFFA-nın beynəlxalq əlaqələr üzrə nümayəndəsi təyin ediləcək.
SPORTİNFO.AZ