“Dörd kənd Azərbaycana qaytarılmalıdır” - Paşinyan söylədi

26 Mart 20:30 Gündəm 541
“Dörd kənd Azərbaycana qaytarılmalıdır” - Paşinyan söylədi

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır.

Bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib.

Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb.

"Ötən cümə günü axşam baş nazir Nikol Paşinyan Milli Assambleyada "Mülki müqavilə" fraksiyasının deputatları ilə növbəti qapalı iclas keçirib. İclas geniş tərkibdə keçirilib.

Tədbirdə, demək olar ki, bütün hökumət üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. Görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib”, - məqalədə deyilir.

Qeyd edilib ki, Nikol Paşinyan açıq şəkildə bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir.

“O, yaxın günlərdə üçüncü ordu korpusunun bu ərazilərdən çıxarıla biləcəyinə və Paşinyanın dediyi kimi, Azərbaycanın olan dörd yaşayış məntəqəsinin sahiblərinə qaytarıla biləcəyinə eyham vurub”, - materialda vurğulanır.

Son vaxtlar İrəvanda ən yüksək dairələrdə kəndlərin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb və bu, faktiki olaraq Ermənistanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdiyini və sülh prosesini sürətləndirmək üçün konstruktiv addımların zəruri olduğunu anladığını göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!