"Qurban Qurbanova imkan verilməz, çünki..." – Bütün qaranlıq məqamlar bu VİDEOda

19 Mart 2024 19:40 Gündəm 1 248
"Qurban Qurbanova imkan verilməz, çünki..." – Bütün qaranlıq məqamlar bu VİDEOda

Son günlərdə Türkiyə mediasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova “Beşiktaş”ın elçi düşməsi barədə xəbərlər tirajlanmaqdadır.

Yayılan transfer dedi-qoduları ilə bağlı Türkiyə futbolunun ölkəmizdə bilicisi sayılan “Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov danışıb.

Tanınmış jurnalist deyib ki, “Beşiktaş” kimi böyük klubda çalışmaq Qurban Qurbanov üçün əla olardı.

Amma qardaş ölkədə futbola baxış bucağı, tez-tez həyata keçirilən baş məşqçi dəyişikləri bu anlaşmanın gerçəklik faizini çox aşağı salır:

“Təsəvvür edin, Portuqaliya millisinə Avropa çempionluğu qazandıran Fernandu Santuş ciddi təzyiqlə üz-üzədir. Oynatdığı futbol azarkeşləri, camiəni məmnun etmir.

Heç 3 ay vaxt keçməmiş göndərilməsi gündəmdədir. Bu fonda Qurban Qurbanova da şans və vaxt verilməsi çox aşağıdır.

Meydandankənar hadisələrin daha çox gündəm olduğu, heç bir mütəxəssisə səbr göstərilməyən Türkiyədə Qurban Qurbanovun uğur qazanması real görsənmir.

Ona görə də “Beşiktaş”a baş məşqçi kimi adının hallanması möhtəşəm görsənsə də, reallıqlar tam fərqli mənzərəni ortaya çıxardır”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu