Rövnəq Abdullayev götür-qoy edir - Hansı klubu himayəsinə götürsün?

5 Aprel 2024 14:40 Gündəm 3 456
Rövnəq Abdullayev götür-qoy edir - Hansı klubu himayəsinə götürsün?

AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev yenidən futbol sektoruna qayıda bilər.

16 il ərzində federasiyaya rəhbərlik etmiş (2008-2024) SOCAR-ın keçmiş rəhbərinin klublardan birini himayəyə götürməsi gözlənilir.

Abdullayevin yaxın çevrəsindən redaksiyamıza verilən informasiyaya görə, o, bununla bağlı məsləhətləşmə aparır.

AFFA-nın eks başçısı hazırda 2 variantı nəzərdən keçirir. Onun maliyyə dəstəyi vermək istədiyi komandaların ikisi də I Liqa təmsilçisidir və Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır.

Bunlar «Şamaxı» və «Qaradağ Lökbatan»dır. Rövnəq bəyin hər iki klubun başbilənləri ilə yaxın münasibətləri mövcuddur.

Onun «Qaradağ»ın bir nömrəli şəxsi Sadıq Sadıqovla yaxın qohumluq əlaqəsinin olması da heç kimə sirr deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!