Azərbaycanda minimum əməkhaqqı yenidən artırıla bilər

13 May 2024 12:30 Gündəm 651
Azərbaycanda minimum əməkhaqqı yenidən artırıla bilər

Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır.

Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Sənəddə, həmçinin noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi qeyd olunub.

Bundan əlavə minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması nəzərdə tutulur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu