Bu şəxs AFFA-nın yeni rəhbərliyində mühüm vəzifə alacaq

30 Mart 2024 14:40 Gündəm 3 460
Bu şəxs AFFA-nın yeni rəhbərliyində mühüm vəzifə alacaq

Aprelin 2-də vəzifə başına keçəcək AFFA-nın yeni rəhbərliyinin islahat planının bəzi konturları məlum olub.

Məsələn, federasiyadan redaksiyamıza məlumat sıxdırılıb ki, texniki direktor vəzifəsi Cahangir Həsənzadədən alınacaq.

Qurumun keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun yaxın kadrı kimi tanınan Həsənzadəyə kiçik post tapşırılacağı gözlənilir.

Onu kimin əvəzləyəcəyi də söylənilir. Bu, hazırda «Sabah»da icraçı direktor kimi adı gedən İqor Ponomaryovdur.

Sonuncunun adı axır məqama kimi İcraiyyə Komitəsinə üzvlər siyahısında yer alıb.

Fəqət, Ponomaryov aktiv idarəçilikldə məşğul olmaq istədiyindən, AFFA-nın texniki direktor vəzifəsini ali qərarverici orqandan üstün tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!