Tanınmış iş adamı komanda üçün yeni baza tikir - FOTOLAR

30 Mart 2024 13:00 Gündəm 3 534
Tanınmış iş adamı komanda üçün yeni baza tikir - FOTOLAR

Yevlax şəhər stadionunda yeni bazanın tikintisi aparılır.

Arenanın giriş hissəsində yerləşən bina sırf «Karvan»ın əsas komandası üçün nəzərdə tutulub.

Hazırda I Liqada mübarizə aparan kollektiv bir müddət sonra burada yerləşdiriləcək. Hələlik isə onlar Kür çayının kənarında yerləşən kotec tipli evlərdə qalmaqdadır.

Həmin baza stadiondan xeyli uzaq məsafədə yerləşdiyindən, klub rəhbərliyi yenilik etməyə qərar verib.

İkimərtəbəli binanın mayın sonunadək təhvl verilməsi gözlənilir. 40-a yaxın otağın olduğu mərkəzdə futbolçuların istirahəti üçün yer də nəzərdə tutulub.

Bütün bu işlər Şahmar Vəliyevin şəxsi maliyyəsi hesabına həyata keçirilir. Tanınmış iş adamının 2004-cü ildə mövcud stadionun inşasına da böyük əmək sərf etməsini xatırladaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu