Füzuliyə köçürülənlər var

30 Mart 2024 12:30 Gündəm 441
Füzuliyə köçürülənlər var

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

İndiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib.

Martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu