Martın 30-da gözlənilən hava şəraiti - Şimşək, yağış, 25° isti

30 Mart 07:00 Gündəm 199
Martın 30-da gözlənilən hava şəraiti - Şimşək, yağış, 25° isti

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Səhər arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti proqnozlaşdırılır. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə arabir duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti