Mübariz Mənsimov iclas keçirdi, büdcə ayırdı, "bu vaxt başlayın" tapşırığı verdi

29 Mart 2024 16:40 Gündəm 6 058
Mübariz Mənsimov iclas keçirdi, büdcə ayırdı, "bu vaxt başlayın" tapşırığı verdi

"Xəzər Lənkəran" Mərkəzi Stadionunda yenidənqurma işlərinə nə vaxt başlanacağı məlum olub.

Ötən ay təmirə bağlanan arenada aprelin əvvəlindən etibarən çalışmalara start veriləcək.

Eyniadlı klubun və idman qurğusunun sahibi olan Mübariz Mənsimov bu barədə yekun qərar qəbul edib.

Türkiyədə yaşayan və fəaliyyət göstərən iş adamı görüləcək işlərlə bağlı toplantı keçirib və təmirə sərf olunacaq büdcəni təsdiqləyib.

Arena üçün texniki işçilərin seçimi də artıq başa çatmaq üzrədir. Tikintiyə cəlb olunacaq ixtisaslı personal tapılıb.

Daha sonra tikinti işləri davam etdikcə, əlavə işçi qüvvəsi bura gətiriləcək. Yenidənqurmanı yerli şikətlərdən biri həyata keçirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu