AFFA-nın yeni baş katibi Sərxan Hacıyev olmayacaq

28 Mart 23:16 Gündəm 1 210
AFFA-nın yeni baş katibi Sərxan Hacıyev olmayacaq

Aprelin 2-də AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək.

Həmin gün yalnız federasiyanın yeni prezidenti və İcraiyyə Komitəsi seçilməyəcək.

Həmçinin qarşıdakı 4 ildə baş katib vəzifəsini kimin tutacağı rəsmiləşəcək.

Hələlik dəqiq olan budur ki, Sərxan Hacıyev bu postda qalmayacaq. İki il öncə Elxan Məmmədovu əvəzləmiş keçmiş müavini Rövşən Nəcəfin planlarında yer almayıb.

Gələn ayın 2-dən etibarən qurumun başına keçəcək SOCAR-ın prezidenti bəzi digər vəzifələrlə yanaşı, katiblik məsələsində də islahat aparmağı qətiləşdirib.

Amma bu hələ o demək deyil ki, S.Hacıyev AFFA-dan uzaqlaşacaq.

Namizədliyi Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən irəli sürülən hazırkı baş katib İcraiyyə Komitəsinin yeni tərkibində yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!