"Qarabağ" və "Neftçi"də iz qoymuş gürcü tarixi uğurun sirrini "Sportinfo"ya açıqladı

5 Aprel 2024 19:00 Gündəm 841
"Qarabağ" və "Neftçi"də iz qoymuş gürcü tarixi uğurun sirrini "Sportinfo"ya açıqladı

“Avropa çempionatına getmək çox gözəl hislərdir.

Mən və gürcü xalqı bu anı çoxdan gözləyirdik.

Nəhayət, arzumuza çatdıq. Möhtəşəm gecə oldu. İndi isə böyük qürurla Almaniyaya hazırlaşa bilərik”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Georgi Adamiya deyib.

Ötənlərin tanınmış futbolçusunu Azərbaycanda xüsusilə “Neftçi” və “Qarabağ” azarkeşləri daha yaxşı xatırlayır.

Hər iki klubun heyətində parlaq karyera yaşamış gürcüstanlı “Gürcüstan millisi bunu necə bacardı, bunun üçün hansı addımlar atıldı?” sualına isə belə cavab verib:

“Bütün ölkə bu məqama hazırlaşırdı. Həm futbolçular, həm də gürcü xalqı. Hamı inanırdı ki, biz bunu bacaracağıq və Avropa çempionatına yollanacağıq. Sondada istəyimizə çatdıq.

Bu uğur həm federasiyanın, həm futbolçuların, həm məşqçilər korpusunun, həm də azarkeşlərin əməyidir".

Georgi Adamiya 2004-2013-cu illər ərzində ölkəmizdə çıxış edib. İlk dəfə ölkəmizdə "Neftçi"yə transfer olunan Adamiya davamında "Bakı", "Qarabağ" və "İnter"in də şərəfin qoruyub. O, 2014-cü ildə peşəkar karyerasını başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu