"Mən ikinci qardaşı da Azərbaycan millimizə cəlb etməyə çalışıram"

29 Mart 00:30 Gündəm 4 941
"Mən ikinci qardaşı da Azərbaycan millimizə cəlb etməyə çalışıram"

“Rux”un (Ukrayna) futbolçusu Rolan Mustafayev Azərbaycan millisinə cəlb oluna bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a yığmanın skautu İlqar Qurbanov məlumat verib.

O bildirib ki, “FIFA series - Edition 2024” layihəsində Monqolustan (1:0) və Bolqarıstanla (1:1) oyunlarda ilk dəfə yığmanın formasını geyinən Emil Mustafayevin qardaşı Rolanı uzun müddətdir izləyir:

“Rolan çox potensiallı oyunçudur. 2-3 ildir onu izləyirəm.

Bu il çox yaxşı təsir bağışlayır. Rolanı da millimizə cəlb etməyə çalışıram.

Ancaq bu o qədər də asan olmayacaq. Çünki Ukrayna yığmasına da namizəddir.

Bizim üçün müsbət məqam odur ki, mustafayevlər ailəsi hər iki qardaşın Azərbaycan millisində oynamasının tərəfdarıdır”.

İlqar Qurbanov ölkə xaricində oynayan azərbaycanlı futbolçuları izləməkdə davam etdiyini sözlərinə əlavə edib:

“Başqa ölkələrdə də həmyerlilərimiz var. Ancaq yığmamıza xeyir verəcək, gücünə güc qatacaq oyunçuları gətirməyə çalışıram. Çünki çoxu o qədər də yaxşı səviyyədə deyil”.

17 yaşlı Rolan Mustafayev qardaşı Emil kimi yarımmüdafiəçidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!