Qurban Qurbanov 6 ildən sonra geri qayıtmağa razılaşdı

23 Mart 2024 14:25 Gündəm 27 229
Qurban Qurbanov 6 ildən sonra geri qayıtmağa razılaşdı

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov 6 ildən sonra geri qayıtmağa razılaşıb.

Söhbət onun AFFA rəhbərliyinə dönüşündən gedir.

Təcrübəli mütəxəssis İcraiyyə Komitəsinin (İK) yeni tərkibində yer alacaq. Bu təyinat aprelin 2-də rəsmiləşəcək.

Həmin gün AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək. Burada federasiyaya prezident seçiləcək, həmçinin ali qərarverici orqanın üzvləri məlum olacaq.

Q.Qurbanov 2016-2018-cı illərdə bu komitədə fəaliyyət göstərib. 2017-ci ildə millinin sükanı arxasına təyinat alan məşqçi 1 il sonra istefaya göndərilincə, İK-dən getməyi lazım bilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu