Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı BURADA

23 Mart 03:00 Gündəm 249
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı BURADA

Ramazan ayının 13-cü günüdür.

Martın 23-ü imsak saat 05:13, iftar isə saat 19:10-dadır.

İmsak duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.

Tərcüməsi:

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin!

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!