Azərbaycan birbaşa Göyçə gölünə çıxış əldə edəcək

22 Mart 2024 08:40 Gündəm 10 609
Azərbaycan birbaşa Göyçə gölünə çıxış əldə edəcək

Ermənistandakı mövcud rejimin başçısı açıq şəkildə bəyan edir ki, o, Tavuş rayonunun 4 kəndini (?!-M.) Azərbaycana verməyə hazırlaşır.

Bu sərsəm iddianı Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəhbəri, Ermənistanın Milli Birlik partiyasının sədri Mihran Poqosyan Azərbaycanın Qazax rayonunun 4 kəndinin qaytarılması zərurətindən danışan Nikol Paşinyanın mövqeyinə cavabında deyib.

“Daha bir məkrli sui-qəsd hazırlanır. Gözümüzün qabağında Ermənistanın əraziləri düşmənə təslim olur.

Bu güzəşt nəticəsində Üçüncü Ordu Korpusunun müdafiə xətti yox olacaq. Və bu yalnız başlanğıc olacaq. Azərbaycanın bundan sonrakı hərəkətlərinin məntiqini anlamaq çətin deyil.

İndiki Ermənistan rejiminin rəhbərinin Azərbaycana növbəti hədiyyəsi Qeqarkunik rayonunun iki kəndi olacaq ki, bunun nəticəsində düşmən birbaşa Sevan (Göyçə-M.) gölünə çıxış əldə edəcək. Bu gün hamımızın başına gələn fəlakət dövlətçiliyin itirilməsi deməkdir”, - deyə Poqosyan ardınca bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu