Rusiya millisi yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, yığma Serbiya ilə qarşılaşıb.
Moskvada keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Rusiya milisində çıxış edən "Qarabağ"ın qapıçısı Andrey Lunyov sonadək ehtiyatda qalıb.
Rusiya millisi Moskvada, martın 25-də Paraqvayla yoxlama oyunu keçirəcək.
Rusiya - Serbiya 4:0
Qollar: Mirançuk, 22, Osipenko, 32, Mirançuk, 55, Sergeyev, 90+1

