"Sabah" Qurban Qurbanovu "Sportinfo"nun tanınmış simasından soruşdu - Türkiyədə gündəm olduq!

20 Mart 2024 12:20 Gündəm 1 892
"Sabah" Qurban Qurbanovu "Sportinfo"nun tanınmış simasından soruşdu - Türkiyədə gündəm olduq!

Türkiyənin məşhur nəşrlərindən biri olan "Sabah" Qurban Qurbanovu "Beşiktaş"ın baş məşqçi postuna əsas namizəd kimi göstərib.

Qəzet bununla bağlı xəbər hazırlayıb.

"Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərovun fikirlərinin yer aldığı məqalədə "Qarabağ"ın çalışdırıcısı haqda geniş danışılıb.

Xüsusilə İstanbul klubunun idman direktoru Samet Aybabanın Qurban Qurbanovun təyinatında israrlı olduğu diqqətə çatdırılıb.

İddia edilib ki, azərbaycanlı mütəxəssislə əlaqə saxlayan Samet Aybaba mövsümün sonunda ona təklif göndərəcəklərini vurğulayıb.

"Beşiktaş" hazırki baş məşqçisi portuqaliyalı Fernandu Santuşun fəaliyyətindən narazıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!