"Kadinin ona qarşı kin-küdurəti yoxdur" - Meneceri dedi

5 Aprel 2024 02:00 Gündəm 1 594
"Kadinin ona qarşı kin-küdurəti yoxdur" - Meneceri dedi

"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Alisk Rusiyanın "RB Sport" kanalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”a qayıdacağı iddia edilən braziliyalı “Krasnodar”ın sabiq baş məşqçisi Vladimir İviçin dövründə çox oynamadığı üçün ona kini olmayıb.

Bunu Helsio söyləyib: "Kadinin İviçə qarşı kin-küdurəti yoxdur. Bəli, onun dövründə Kadi az oynadı.

Amma həmişə meydana böyük həvəslə daxil olub. Hamı "Krasnodar"ın çempion olmasını istəyir. Kadi də hazırdır".

Kadi 2023-cü il yanvar ayında "Qarabağ"dan "Krasnodar"a keçib. 5 milyon avro qarşığında.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu