Azərbaycan millisində oynadı, 31 yaşında karyerasını bitirdi

18 Mart 09:40 Gündəm 1 180
Azərbaycan millisində oynadı, 31 yaşında karyerasını bitirdi

Azərbaycan millisinin sabiq futbolçusu aktiv futbolçu karyerası ilə vidalaşıb.

Sportinfo.az saytına verilən məlumata görə, söhbət Tuğrul Eratdan gedir.

O, 31 yaşında bu qərarı verib. Peşəkar futbolla vidalaşan Erat həvəskar səviyyədə oynamağa davam edəcək.

Azərbaycanın əsas millisində 4 oyun keçirmiş Tuğrul əsasən U-21 yığmamızdakı çıxışı ilə diqqətləri çəkmişdi. O, 8 matçda 3 qol vurmağı bacarmışdı.

Erat “Fortuna”(Düsseldorf), “Duysburq”, “Allemaniya Ahen”, “Fatih Karagümrük”, “Rot Vays Oberhauzen” kimi komandalarda oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"