Bu rayonda ilk dəfə futbol klubu yaradılır - Cəbhə xəttindən Diviziona

18 Mart 2023 09:40 Gündəm 1 267
Bu rayonda ilk dəfə futbol klubu yaradılır - Cəbhə xəttindən Diviziona

Ötən ilin yayında İmişli və Mingəçevirdə futbol klubu yaradan AFFA daha bir rayonda bu işi görməyə qərar verib

. Federasiya bu dəfə Tərtəri böyük futbola cəlb etməyə hazırlıq görür.

Qurum və yerli rəsmi dairələr arasında bununla bağlı məsləhətləşmə aparılıb.

AFFA-nın fikri Tərtər komandasını birbaşa I Divizionda görməkdir. Ölkəmizin baş futbol təşkilatının adıçəkilən şəhərin stadionunun yenidən qurulması ilə bağlı tender elan etməsi elə bundan irəli gəlir.

Tenderin müddəti martın 27-də saat 17:00-a qədərdir. İşə başlama vaxtı aprelin 5-i, təhvil verilmə isə ondan 1 il sonraya nəzərdə tutulub.

Tərtər 44 günlük Vətən savaşı müddətində ən çox ziyan görmüş rayonlardan biridir.

Ermənilər buranı daim raket atəşinə tutub, mülki əhaliyə qarşı insanlığa sığmayan terror həyata keçib, böyük dağıntılara səbəb olub.

Tərtər Region Liqasında təmsil edilməyib. AFFA sırf cəbhə bölgəsini olmasını əsas götürərək, bu zonada idmanın ən populyar növünü inkişaf etdirmək fikrindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"