"Qarabağ" haqda yeni heç nə öyrənə bilmədim"

17 Avqust 2022 20:10 Gündəm 718
"Qarabağ" haqda yeni heç nə öyrənə bilmədim"

“Viktoriya”nın futbolçusu Yan Sikora Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək ilk oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “sport.cz”a danışan Sikora bunları deyib:

“Lex”in “Qarabağ”la oyunlarından sonra oradakı tanışlarımla yazışmışdım. “Qarabağ” haqda yeni heç nə öyrənə bilmədim.

Mən daha çox öz məşqçilər korpusumuzun məlumatlarına arxalanıram. Əlbəttə ki, narahatam.

Üçüncü dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək cəhdi alınarsa, şad olaram. İki dəfə bunu "Slaviya" ilə etmişəm".

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş