SOCAR Premyer Liqa klublarına XƏBƏR GÖNDƏRDİ – PUL SÖHBƏTİ

25 İyun 20:00 Gündəm 1 410
SOCAR Premyer Liqa klublarına XƏBƏR GÖNDƏRDİ – PUL SÖHBƏTİ

AFFA SOCAR-ın onlara ayıracağı maliyyəni gözləyən Premyer Liqa klublarından möhlət istəyib.

Federasiya rəhbərliyi qeyri-müəyyənliyin gələn həftə sonunadək aradan qaldırılacağına dair elita təmsilçilərinə vəd verib.

Bilidirilib ki, yardım paketinin məbləği ilə bağlı neft şirkətinə müxtəlif təkliflər təqdim olunub, qarşı tərəf isə məsələyə iyunun 30-dək aydınlıq gətirəcəklərini xəbər etməklə kifayətlənib.

“Qarabağ” istisna olmaqla, qalanları neft şirkətindən yardım paketi alır. Normalda SOCAR bu məbləği 2 həftə öncə açıqlamalı idi.

Hər halda ötən illərdə həmişə belə olub. Hazırkı qeyri-müəyyənlik SOCAR-ın yaxınlarda AFFA-da apardığı audit və

Elxan Məmmədovun federasiyanın icraçı vitse-prezidenti vəzifəsindən ayrılması ilə birbaşa əlaqədardır.

Neft şirkəti Premyer Liqa və I Divizion klublarına vəsait ayırmaqda davam edəcək. Bu, dəqiqdir. Sadəcə, öncəki «marşrut üzrə» yox.

SOCAR-ın yeni rəhbərliyi AFFA-nın vasitəçi olmasını, maliyyəni onların xətti ilə yüksək və aşağı liqa təmsilçilərinə ötürmək istəmir.

Qurum bunun başqa yollarını, kanallarını axtarır. Ki, sabah UEFA Premyer Liqa klublarının bir mənbədən pul almasını səbəb gətirib, Azərbaycanı avrokuboklardan uzaqlaşdırmasın.

Çünki qaydalara görə, hansısa şirkət eyni vaxtda peşəkar və müstəqil statuslu komandaların sponsoru, maliyyə təminatçısı ola bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 11:20 Gözləyirik… ELAN!