Ölkəmizdə 11530 məcburi köçkünün aylıq müavinəti dayandırıldı

8 Aprel 2024 14:30 Gündəm 1 002
Ölkəmizdə 11530 məcburi köçkünün aylıq müavinəti dayandırıldı

Azərbaycanda 11 min 530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi üçün tələbatın düzgün müəyyənləşdirilməsi istiqamətində işlərə başlanıb, ümumilikdə 11530 nəfər, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə xidmət etmiş şəxslər və s. üzrə vahid aylıq müavinətin ödənişi dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!