Kurban Berdıyev: "Biz Bakıya heç-heçə üçün gəlməmişik"

20 Oktyabr 2021 18:50 Gündəm 802
Kurban Berdıyev: "Biz Bakıya heç-heçə üçün gəlməmişik"

"Biz heç-heçə üçün gəlməmişik. Sabahkı matçda bizə mütləq qələbə lazımdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Kayrat"ın baş məşqçisi Kurban Berdıyev Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis oyunun taktikası və strategiyası barədə danışmaq istəmədiyini söyləyib:

"Sabahkı qarşılaşma maraqlı olacaq. "Qarabağ"ın Azərbaycan klubları arasında lider olduğunu bilirik. Bu rəqiblə görüşə ümidlə baxırıq. Rəqib hər il müntəzəm olaraq avrokuboklarda çıxış edir".

Berdıyev braziliyalı hücumçu Vaqner Lavın durumuna da aydınlıq gətirib: "O, Bazel"lə görüşdə zədələnib və bu səbəbdən cəmi 2-3 məşqə qatılıb. Buna baxmayaraq, sabah meydana çıxmaq şansı var".

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti