"Niyə də Azərbaycana çox qol vurmayaq?"

12 Oktyabr 2021 22:50 Gündəm 670
"Niyə də Azərbaycana çox qol vurmayaq?"

Zəif rəqiblərin olmadığını, hamının futbol oynamağı bacardığını bilirik”.

Sportinfo.az xəbər verir ki, bunu Serbiya yığmasının futbolçusu Filip Kostiç deyib.

O, hədəflərinin 3 xal olduğunu söyləyib: “Böyük komandalar zəif çıxış etdikləri zaman onlara qələbə qazandıran amil keyfiyyətli olmalarıdır.

Azərbaycanla oyunda qələbə bizim üçün vacibdir. Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var. Ümid edirəm ki, sabah mümkün qədər çox azarkeş gələcək”.

29 yaşlı yarımmüdafiəçi matçın favoriti olduqlarını gizlətməyib: “Bəli, favoritik, amma bunu meydanda da göstərməliyik. Əlbəttə ki, paralel görüşdə Portuqaliyanın da uğursuzluğuna ümid edəcəyik.

Üstəlik, top fərqi də önəmlidir. Serbiya yığması hər zaman daha çox qol vurmağa çalışıb. Ancaq bizim üçün ən başlıcası qələbədir. Niyə də çox qol vurmayaq?”

Digər Xəbərlər
Xəbər Lenti