"Neftçi"də 5 qol vuran hücumçu hansı kluba gedir?

3 Sentyabr 2024 01:50 Gündəm 2 660
"Neftçi"də 5 qol vuran hücumçu hansı kluba gedir?

"Partizan"ın hücumçusu Mateus Saldanya klubunu dəyişəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvardın karyerasını Macarıstanda davam etdirəcəyi bildirilir.

Bu barədə "Mozzartsport" məlumat yayıb.

Saldanya "Ferentsvaroş"a keçəcək. 25 yaşlı forvardın transfer ilə bağlı klublar arasında razılıq əldə olunub.

Mateus Saldanya 2023/2024 mövsümünün ikinci yarısında "Neftçi"də çıxış edib. "Sambaçı" Bakı təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi