Leyla İslamiadada çempion adını qazandı

11 Avqust 2022 21:40 Güləş 447
Leyla İslamiadada çempion adını qazandı

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunların qalibi olub.

Sportinfo.az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Daha əvvəl isə kişi sərbəst güləşçilərin 61 kq çəkisində çıxış edən İslam Bazarqanov finalda özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib.

Görüş 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xalların keyfiyyətinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib.

Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?