"Baş məşqçinin taleyinə mayda aydınlıq gələcək" - Federasiyadan AÇIQLAMA

5 Fevral 2020 22:20 Futzal 988
"Baş məşqçinin taleyinə mayda aydınlıq gələcək" - Federasiyadan AÇIQLAMA

Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-yə yollanmaq istəyi baş tutmayıb.

Hər şeyə qrupun sonuncu oyununda, Rusiya - Xorvatiya matçında aydınlıq gəldi. Azərbaycan futzalçılarının DÇ şansının qalması üçün rusların bu oyunda qələbə qazanmaması lazım idi.

Lakin Rusiya bu oyundan 4:3 qalib ayrılmaqla qruppu 1-ci bitirdi, Xorvatiya isə 2-ci yeri tutdu. Bu isə 3-cü pilləyə düşən millimizin final mərhələsindən kənarda qalmasına səbəb oldu.

İlk turda Xorvatiyaya 0:2 hesabıyla uduzan Azərbaycan Rusiyaya 4:3 qalib gəlsə də, Slovakiya ilə heç-heçəyə razılaşdı - 3:3.

Azzərbaycan Futzal Federasiyası bu uğursuzluqdan sonra oze Alesio Da Silvanı baş məşqçi postunda saxlayacaqmı?

Sportinfo.az-ın sorğusuna federasiyanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov belə cavab verib:

"Azərbaycan millisi indiyə qədər bir dəfə - 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının iştirakçısı olub və həmin mundialda mübarizəni 1/4 finalda dayandırıb.

Təbii ki, hər bir turnirdən sonra baş məşqçi federasiya rəhbərliyinə hesabat təqdim edir. Bu dəfə də istisna olmayacaq. Onu qeyd edim ki, federasiya prezidenti Zaur Axundov da ilk oyundan son matça qədər komandanın yanında oldu.

O da millinin qələbə qazanması üçün hər cür dəstəyini əsirgəmirdi. Yəqin ki, (dəqiq tarix deyə bilmərəm) yaxın vaxtlarda baş məşqçi ilə görüş olacaq, hesabat dinləniləcək, eyni zamanda gələcək planlar, strategiya müəyyənləşdiriləcək.

Baş məşqçi ilə müqavilə mayın sonuna qədərdir. Alesio həm də millinin bazası hesab edilən "Araz" klubunun baş məşqçisidir.

Onunla müqavilənin uzadılıb-uzadılmayacağına mayda qərar veriləcək. Çünki millinin yaxın tarixlərdə heç bir rəsmi oyunları yoxdur. Növbəti Avropa çempionatının qrup oyunlarına gələn ilin fevralında start veriləcək.

Elit-raund oyunlari bu gün başa çatacaq. Nəticələrə baxdıqda, həqiqətən sürprizdlərin qaçılmaz olduğunu görürük. İtaliya kimi böyük yarışların favoriti olan bir komanda da mübarizəni dayandırdı.

Ukrayna kimi güclü futzal yığması da dünya çempionatına qatıla bilməyəcək. D qrupunda da sürprizlər davam edir. Favorit Qazaxıstanın Rumıniya ilə oyundakı məğlubiyyəti onları çətin vəziyyətə salıb.

Bu gün keçiriləcək oyunlardan sonra bu komandanın aqibətinə aydınlıq gətiriləcək. Yəni, bu gün futzalda kiçik komandalar yoxdur".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"