Millimizin qarşısına konkret məqsəd qoyuldu - VİDEO

20 Yanvar 2020 10:52 Futzal 993
Millimizin qarşısına konkret məqsəd qoyuldu - VİDEO

Futzal üzrə Azərbaycan millisi 2020-ci il Dünya Çempionatı elit-raunduna hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva toplanışa 14 oyunçu dəvət edib.

Seməmizə ən çox Araz Naxçıvan futzalçı göndərib. Ölkə çempionumuzun 7 üzvü toplanışa cəlb olunub. Marafonla EKOL-un 1 oyunçusu milliyə çağırılıb. 6 nəfər Rusiya, Fransa, Küveyt və İranda leqioner həyatı yaşayır.

Məşqlərə qoşulmayan Tiaqo Bolinyayla Eduardo Borges zədələrini bərpa edirlər. Komandamızın yanvarın 25-dək Bakıda təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi çərçivəsində seçməmiz 2 yoxlama oyununa da çıxacaq. Futzalçılarımız yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan kollektivi ilə üz-üzə gələcəklər.

Hazırlıq prosesinə bir az çox vaxt sərf etmək istəyirdik. Oyunçuların hamısını toplaya bilmədim. Çünki bəzi legionerlərimizin çıxış etdiyi çempionatlarda oyunları var. Düşünürəm ki, rəqiblər bizdən çəkinməsə də, nə qədər güclü kollektiv olduğumuzu bilirlər. Bizə hörmətlə yanaşırlar. Qrupda ən azı ilk iki pillədən birini tutmalıyıq. Növbəti mərhələdə çıxış üçün bu mütləqdir. Hazırda Xorvatiyaya qarşı ilk matçı fikirləşirik. Oyunçuların fiziki durumu normaldır.

Xatırladaq ki, millimiz Dünya Çempionatının elit-raundunda C qrupunda qərarlaşıb. Seçməmiz burada Xorvatiya, Rusiya və Slovakiya kollektivi ilə mübarizə aparacaq. Qrupumuzun oyunları yanvarın 29-dan fevralın 1-dək Xorvatiyanın Osiyek şəhərində keçiriləcək. İlk oyunda meydan sahibləri ilə üz-üzə gələcək futzalçılarımız, ertəsi gün rusiyalılarla qarşılaşacaqlar. Komandamız son turda slovakiyalılarla üz-üzə gələcək.

Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcəklər. İkinci pillənin sahibi olacaq 4 kollektiv pley-off-da münasibətləri aydınlaşdıracaqlar. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə reallaşacaq.

Bu arada, sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosu təqdim olunub. Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb.

Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok dövlət bayraqlarının rəngləri ilə bəzədilib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı