PSJ ikisindən birini alacaq – Mbappe getsə 

26 Avqust 2021 10:20 Fransa 985
PSJ ikisindən birini alacaq – Mbappe getsə 

PSJ Kilian Mbappenin komandanı tərk etməsindən sonrakı dövrün planını qurur.

Sportinfo.az xəbər verir ki, Mbape “Real”a satılacağı təqdirdə, PSJ “Bavariya”dan Robert Levandovskini almağı düşünür.

Əgər bu variant baş tutmasa, onda hədəf “Bavariya”nın başqa futbolçusu – Kinqsli Koman olacaq.

Məlumata görə, artıq PSJ-nin menecerləri ilə agent Pini Zaxavi arasında ilkin müzakirələrin aparıldığı da bildirilir.

“Real”ın PSJ-yə təklif göndərdiyi bildirilir. Amma Paris klubu 160 milyon avroluq təklifi qəbul etməyib. Gözlənilir ki, “kral klubu” Mbappeyə görə daha bir təklif göndərəcək.

Digər Xəbərlər
Xəbər Lenti