Qurbanov "Neftçi"nin gənc istedadını necə üzə çıxardığını açıqladı

22 İyul 2019 17:24 Əvəzedicilər 1 769
Qurbanov "Neftçi"nin gənc istedadını necə üzə çıxardığını açıqladı

«Neftçi» Avropa Liqasının ilk mərhələsini birnəfəsə keçdi.

Paytaxt təmsilçisi «Sperantsa» ilə aradakı səviyyə fərqini hər iki oyunda göstərdi - 3:0 və 6:0.

Moldova klubu ilə görüşlərdə son nöqtəni İsmayıl Zülfüqarlı qoydu. 2001-ci il təvəllüdlü yarımmüdafiəçi Bakıdakı cavab qarşılaşmasında meydana çıxandan az sonra - 78-ci dəqiqədə rəqib qapıçısını məyus etdi.

Soyuqqanlı tövrü, topla sərbəst həəkətləri ilə diqqət çəkən İsmayıl publikadan alqış qazandı. Bir narahatlıq da bunun bərabərində gəldi.

17 yaşlı gənc təriflərdən havaya girib, ulduz xəstəliyinə tutulmayacaq ki?

Belə bir sual Roberto Bordinə də verildi. İtalyan baş məşqçi isə cavabında «İnanmıram belə olsun, ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq» söylədi.

O, bunu gülə-gülə dilə gətirdi. Ən doğrusunu isə yenə Mahmud Qurbanov bilə bilər.

Axı İsmayıl əsas komandaya əvəzedici heyətdən yüksəlib. Burda isə onun baş məşqçisi, bu cür demək mümkünsə, yol göstərəni Qurbanov olub.

«Pir mənimdi, kəramətinə bələdəm» prinsipi daha çox Mahmud bəyə uyğundu. Odu ki, «Pro» kateqoriyalı mütəxəssisə müraciət etdik:

«İsmayıl ötən mövsümü mənim komandada keçirib. Onu aşağı yaş qrupundan götürməşəm.

Çalışqan, özünə qarşı tələbkar olan uşaqdı. Onda özündənrazılıq görməmişəm.

Bilirsiz, fubolçu nə edir, özünə edir. Yaxşı oynayarçsa, öz adıdı. Ulduz xəstəliyinə tutularsa, yenə özünə qarşı pislik etmiş olur. İsmayıl topla yaxşıdı, meydanı görmək bacarığı yüksəkdi, zərbələri güclüdü.

Mən onda böyük perspektiv görürəm. Hesab edirəm ki, irəlidə hər şey özündən asılıdı. Bordin Türkiyə toplanışına bizdən 4 gənc aparmışdı və İsmayılı saxladı.

Başıaşağı uşaqdı. Mən onun ulduz xəstəliyinə tutulacağına, indidən özü barədə yüksək fikrə düşəcəyinə inanmıram, inanmaq da istəmirəm.

İsmayılı ilk məşqlərdən bəyənmişəm, xasiyyətinə və istedadına bələdəm. Əksər oyunlarda mən ona şans vermişəm.

Vurduğu qollarla və verdiyi məhsuldar ötürmələrlə etimadımı doğruldub. Tərbiyəsinə də söz ola bilməz».

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"