16 yaşında Premyer Liqada forma geyinmiş yarımmüdafiəçi “Neftçi”də

8 Yanvar 2025 14:00 Əvəzedicilər 3 425
16 yaşında Premyer Liqada forma geyinmiş yarımmüdafiəçi “Neftçi”də

«Neftçi» yeni transfer edib.

Paytaxt təmsilçisi Sənan Ağayevi rənglərinə bağlayıb.

Mövsümün ilk yarısını I Liqada - «Difai»də keçirmiş 20 yaşlı yarımmüdafiəçi minimum yayadək ağ-qara formanı geyinəcək.

»Sumqayıt» akademiyasının yetirməsi Premyer Liqada meydana çıxan ilk 2004 təvəllüdlü futbolçu olub

15-ci turda “Səbail”lə baş tutan qarşılaşmada əsas komandanın heyətində debüt edib. Adıçəkilən futbolçu matçın ikinci hissəsində akademiyanın digər yetirməsi Xəyal Nəcəfovu əvəzləyib.

Ağayev həmçinin 2020-2021-ci il mövsümündə meydana çıxmış ən gənc simadır. O, 16 yaş 242 günlüyündə bu fürsəti əldə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır