Onun "Neftçi"nin əsas komandasına bir neçə namizədi var

23 Fevral 2024 13:00 Əvəzedicilər 1 123
Onun "Neftçi"nin əsas komandasına bir neçə namizədi var

"Ordakı səviyyə tam başqadır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev deyib.

Gənc mütəxəssis Premyer Liqa ilə Əvəzedicilər Liqası arasındakı səviyyə fərqini diqqətə çatdırıb:

"Böyük fərq var. Buradakı oyunu orada meydana çıxıb göstərmək asan olmayacaq.

Bəli, bu gün nəticələrimiz yaxşıdır. Görünən odur ki, gələcəkdə bir neçə oyunçumuz əsas komandaya yüksələ bilər".

"Neftçi-2" çempionatda 23 turu arxada qoyub. Bakılı gənclər 58 xalla turnir cədvəlinin vahid lideridir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu