Polislər sosial məsafəni gözləməyən fanatları döydü - Danimarkada

2 İyul 2020 15:18 Dünya futbolu 714
Polislər sosial məsafəni gözləməyən fanatları döydü - Danimarkada

Danimarka kubokunun finalında insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Olborq” – “Syonneryusk” qarşılaşması ən azı 15-ci dəqiqə dayandırılıb.

Buna səbəb isə azarkeşlərin sosial məsafəni gözləməməyi olub.

Final qarşılaşması üçün hər kluba 725 bilet verilib və tələb edilib ki, sosial məsafə gözlənilsin. Amma “Olborq”un fanatları bu tələbi yerinə yetirməyiblər. Qarşılaşma 30-cu dəqiqədə dayandırılıb.

Əvvəlcə qaydanı pozanlara klub rəhbərliyi müraciət edib. Amma fanatlar rəhbərliyin sözünə qulaq asmayıblar. Bundan sonra polis hərəkət keçib və fanatları dubinka il döyərək stadiondan çıxarıblar.

Maraqlıdır, polis fanatları stadiondan çıxardandan sonra onları yerdə bir-birinə daha yaxın oturdub.

Qarşılaşma isə “Syonneryusk”un qələbəsi ilə yekunlaşıb – 2:0.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi