"Mən də Ronaldonun fanatıyam, tarixin ən yaxşı futbolçusu isə Messidir"

31 May 2020 00:00 Dünya futbolu 657
"Mən də Ronaldonun fanatıyam, tarixin ən yaxşı futbolçusu isə Messidir"

Qari Lineker "BBC Sport"dakı yazısında Lionel Messi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Lineker növbəti dəfə Leonu "tarixin ən yaxşı futbolçusu" adlandırıb:

"Messi tarixin ən yaxşı futbolçusudu - eynən Maykl Cordan və basketbol nümunəsində olduğu kimi. İndi əksəriyyət Lioneli Maradona ilə yox, Kriştianu Ronaldo ilə müqayisə edir.

Bu cür mübahisələr adətən çox şiddətli olur. Bir qayda olaraq, seçimlər insanların dəstəklədiyi komandalara görə dəyişir. Bu, normaldı və başadüşüləndi. Mən də Ronaldonun böyük fanatıyam, amma tarixin ən yaxşı futbolçusundan danışırıqsa, şübhəsiz ki, bu, Messidi.

Bir çoxları Messinin qazandıqlarının yalnız "Barselona" ilə əlaqəli olduğunu, Kriştianunun isə müxtəlif çempionatlarda zəfərlər yaşadığını deyirlər. Amma bu, qəribə mübahisə metodudu.

Təbii ki, Messinin "Barselona"da əla komanda yoldaşları olub, ancaq o, kiminlə oynamasından asılı olmayaraq, həmişə əla statistiki göstəricilərlə yadda qalıb. Leo zamanla ona şübhə edənlərin səhv olduqlarını sübuta yetirdi.

Hətta "Barselona"nın o qədər də güclü olmadığı son mövsümlərdə belə, Messinin təsir gücü azalmadı. Əksinə, onsuz komanda meydanda nə edəcəyini bilmirdi".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!