Avropada qazanılan ilk titul - Belarusda məlum oldu

25 May 2020 00:28 Dünya futbolu 615
Avropada qazanılan ilk titul - Belarusda məlum oldu

Belarus Kubokunda final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə BATE son çempion Brest "Dinamo"su ilə üz-üzə gəlib.

Minskdəki "Dinamo" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı qolsuz tamamlanıb. Əlavə vaxtın ilk uzatma dəqiqəsində Zaxar Volkov BATE-nin qələbə topunu vurub - 1:0.

Beləliklə, BATE tarixində 4-cü dəfə Belarus Kubokunu qazanıb. Bu, koronavirus pandemiyası dövründə Avropada qazanılan ilk titul olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?