Futbolun seks-kuklaları – VİDEO+FOTOLAR

21 May 2020 14:36 Dünya futbolu 890
Futbolun seks-kuklaları – VİDEO+FOTOLAR

Futbolsuzluq günləri başa çatdıqca, klubların oyunların azarkeşsiz keçirilməsi ilə bağlı müxtəlif marketinq layihələri ön plana çıxır.

Bu layihələr arasında həm uğurlu, həm də utancverici nümunələrə rast gəlinir.

Belə ki, Cənubi Koreyanın "Seul" klubu azarkeşlərin əvəzinə hava ilə doldurulmuş kuklalardan istifade edib, amma iş işdən keçəndən sonra başa düşüblər ki, seks-kuklalar heç də yaxşı çıxış yolu deyilmiş.

Almaniyada isə "Köln" azarkeşlərdən forma və şərflərini alaraq, fasilədən sonrakı ilk ev oyununda doğma stadionun oturacaqlarını bəzəyiblər.

Ən qazanclı layihə isə Münhenqladbax "Borussiya"sına aiddir. Klubun sadiq azarkeşlərindən biri qısa zaman müddətində karantindən irəli gələn mühitdə Startup yarada bilib.

Artıq gələn turda komandanın ev oyunlarında real azarkeşlərin simaları əks olunmuş lövhələr stadionda olacaq.

Sifarişin qiyməti də simvolikdir - 19,00 avro. Bu qiymət klubun yaranma ilinə (1900) uyğunlaşdırılıb.

Emil Şükürov

Digər Xəbərlər
Xəbər Lenti