Millimizin eks baş məşqçisinin seçimi: Messi, yoxsa Maradona?

19 May 2020 23:20 Dünya futbolu 538
Millimizin eks baş məşqçisinin seçimi: Messi, yoxsa Maradona?

“Kayserispor”un baş məşqçisi Robert Prosineçki ən çox bəyəndiyi futbolçunun adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Barselona” və “Real”ın formasını geyinmiş xorvatiyalı mütəxəssis Kataloniya klubunun kapitanı Lionel Messini fərqləndirib.

2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edən balkanlı çalışdırıcı argentinalını bütün dövrlərin ən yaxşısı hesab edir: “Mənim üçün Messi ən yaxşısıdır.

O, illərdir “Barselona” üçün çox dəyişiklik etdi, mümkün olan hər şeyi qazandı, çox qol vurdu və assist etdi. Kimlərsə Maradona və ya Ronaldonu üstün tutur.

Onlar çox yaxşı futbolçulardır. Amma mənə görə Messi hamısından yaxşıdır. İnsanlar, demək olar ki, hər şeyi qazanan braziliyalı Ronaldonu və Kriştianu Ronaldonu da xatırlayacaqlar. Ancaq birini seçməli olsam, bu, Messidir”.

Digər Xəbərlər
Xəbər Lenti