Rusiya futbolunda koronavirusa ilk yoluxma

17 May 2020 01:24 Dünya futbolu 406
Rusiya futbolunda koronavirusa ilk yoluxma

"Lokomotiv"in futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a Moskva təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov açıqlama verib.

O, perulu hücumçunun testinin müsbət nəticələndiyini və həkim məsləhətləri əsasında müalicə olunacağını bildirib. Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur.

"Lokomotiv"də 2017-ci ildən çıxış edən 35 yaşlı oyunçu Rusiya çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. Pandemiya başladıqdan sonra o, heç yerə getməyib.

Ötən gün Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM